İyulun 4-də Rusiyanın “Transneft” enerji şirkətinin vitse-prezidenti Andrey Bədəlov Rublevskoye şossesində mənzilin pəncərələrinin altında ölü tapılıb.
Publika.az xəbər verir ki, onun 62 yaşı var idi.
Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, araşdırma aparılır, iş adamının ölümünün hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir. Ölümün ilkin səbəbi intihardır.
Bədəlov 1962-ci ildə Krasnodarda anadan olub. O, 1984-cü ildə Moskva Mühəndislik Fizika İnstitutunu bitirib. Bir neçə şirkətdə, o cümlədən “Atlantis” Rabitə Korporasiyasında müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2021-ci ildə “Transneft”də işə düzəlib. Bədəlov rəqəmsal transformasiya, informasiya texnologiyaları və sənayenin avtomatlaşdırılması üzrə ixtisaslaşıb.
Bədəlovun həyat yoldaşı ərinin meyitini görəndən sonra şoka düşüb. “Shot” Telegram kanalı xəbər verir ki, qadın üçün təcili yardım çağırılıb.
İlkin məlumata görə, Bədəlov özünün 17-ci mərtəbədən atıb.
Bədəlovun iki qızı olduğu da bildirilir.