İyunun 5-də Tramp Çinin sədri Si Cinpinin onun Pekinə səfəri barədə dəvətini qəbul etdiyini açıqlayıb.
Ağ Ev səfərin hələ təsdiqlənmədiyini, habelə Trampın “qırğıları”nın – Dövlət katibi Marko Rubionun, senatorlar Tom Kottonun və Coş Houlinin də buna qarşı olduğunu vurğulayır.
“Çinə səfər çox güman ki, may ayında ABŞ prezidentinin Yaxın Şərqə səfərinə bənzəyəcək”,- agentlik yazır.
Mayın ortalarında Ağ Evin rəhbəri mayın 13-dən 16-dək Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olub.
![]() |
Vaşinqton və Pekin razılığa gəldilər| VİDEO |
Ağ Evin rəhbəri, həmçinin VaşinqtonunSəudiyyə Ərəbistanınadəyəri 100 milyard dollardan artıq silah paketi təklif etməyə hazır olduğunu deyib.
Xatırladaq ki, bir həftə əvvəl isə, Çinin Ticarət nazirliyi ABŞ ilə Çin arasında əvvəllər tətbiq olunan bəzi məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması sahəsində razılığa gəlindiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az