RU

“Rusiya buna görə Azərbaycana hücuma keçdi” – Metyu Brayza mühüm detalları açdı

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Azərbaycanla Rusiya arasında diplomatik və siyasi gərginliyə çevrilən son prosesləri Globalinfo.az-a şərh edib.

M.Brayza bildirib ki, 2024-cü ilin sonunda Azərbaycan və Rusiya arasında münasibətlər çox möhkəm idi, prezident Əliyev və prezident Putin noyabrda keçirdikləri görüşdən sonra çox yaxın ikitərəfli münasibətlər qurulduğunu bəyan etdilər:

“Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi faciəvi şəkildə Qroznı səmasında Rusiyanın zenit raketi ilə vuruldu və xatırlayırsızsa, Rusiya enişə icazə vermədiyi üçün Xəzər dənizinin üzərindən uçmağa davam etdi. Nəticədə Aktauda onlarla insanın həlak olması ilə nəticələnən qəzaya uğradı. Amma Allaha şükürlər olsun ki, sağ qalanlar var.

Düşünürəm ki, prezident Putinin hələ də rəsmi şəkildə üzr istəməməsi və ya Rusiyada baş verən bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməməsi, bununla təyyarənin təsadüfən vurulmuş kimi göstərməsi prezident İlham Əliyevi qəzəbləndirib.

Beləliklə ötən ilin sonu və 2025-ci ilin əvvəlində Azərbaycan–Rusiya münasibətləri pisləşməyə başladı, sonrakı aylarda gərginlik artan istiqamətdə getdi”.

 M.Brayza qeyd edib ki, ötən ayın sonu Yekaterinburqda Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlılara vəhşicəsinə hücum, işgəncə nəticəsində iki azərbaycanlının həlak olması prezident Əliyevi daha da hiddətləndirib:

“Azərbaycan Rusiyanın təbliğat orqanlarından olan “Sputnik”in yerli ofisini bağlayıb. İndi də məlum olur ki, Azərbaycan buradakı bütün rus dilli məktəbləri bağlamağa hazırlaşır və ya bu barədə düşünür. Bu, çox mühüm addımdır, çünki ruslar tarixən rus dilində danışanların hüquqlarını müdafiə etmək haqqına malik olduqlarını iddia ediblər. Bunu istər Baltikyanı ölkələrdə hibrid müharibə, istərsə də Ukraynada kinetik müharibə (hərbi və ya siyasi məqsədlərə çatmaq üçün fiziki güc və zorakılığın tətbiqi. –red) yolu ilə ediblər.

Beləliklə, gərginlik həqiqətən də artır. Daha geniş bir mənzərə var və mən hesab edirəm ki, Rusiya da istərdi ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmağa çalışsın. Çünki iki ölkə sülh müqaviləsinə yaxınlaşır və təbii ki, bu cür razılaşma Rusiyanın Cənubi Qafqazda təsirini və ya imkanlarını azaldacaq.

Eyni zamanda, Ermənistan Rusiyadan uzaqlaşır, Avropa və ABŞ ilə münasibətlərini möhkəmləndirir. Azərbaycanın Türkiyə ilə əlaqələri getdikcə güclənir. Beləliklə, Rusiya Ukraynada bataqlığa düşüb, Azərbaycanda və Ermənistanda nüfuzunu xeyli dərəcədə itirir. Və o saxlanılan zavallı azərbaycanlılara qarşı vəhşicəsinə hücumları Bakıya bir növ siqnal kimi istifadə etmiş ola bilər. Amma prezident Əliyev buna çox ciddi şəkildə cavab verir”.(global.info)

Избранный
11
50
avtosfer.az

10Источники