RU

Rusiyada müraciət yayıldı: Azərbaycan diasporunun fəaliyyəti yoxlanılsın

"Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri, Duma fraksiyasının rəhbəri Sergey Mironov baş prokuror İqor Krasnova diasporları və onlara bağlı strukturları, o cümlədən Moskvanın ən iri bazarları "Sadovod" və "Food City"ni yoxlamaq xahişi ilə müraciət göndərib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyətinin, o cümlədən onlara məxsus müəssisə və təşkilatların mövcud qanunvericiliyə uyğunluğu, o cümlədən “Sadovod” (Moskva), “Food City” (Moskva) ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı hərtərəfli yoxlama aparmağınızı xahiş edirəm”, - Mironovun müraciətində deyilir.

Избранный
11
50
publika.az

10Источники