RU

Orban Kiyevi ittiham edib | VİDEO

AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunun efirində belə deyib.

“Hakim partiya ilə yanaşı və ya onun yerinə seçkilərdə qalib gələcək və sonra Brüsseldə qəbul edilən qərarları həyata keçirəcək daha bir böyük partiyanın yaradılması planı hazırlanıb”,- Macarıstan hökumətinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanlarının fəal işi həm siyasət sferasında, həm də ictimai təşkilatlar, rəy liderləri və media sahəsində daim baş verir.

Xatırladaq ki, iyunun 26-da Macarıstan Avropa İttifaqının (Aİ) sammitində Ukraynanın birliyəüzvlüyü ilə bağlı danışıqlara başlamaq barədə qərarın qəbul olunmasını əngəlləyib. Aİ Şurasının Kiyev üçün“danışıqlar bölmələrini açmağa”birbaşa çağırışını ehtiva edən bəyanat layihəsi 26 ölkənin dəstəyini qazanıb.

Lakin konsensusa mane olan Budapeşt müzakirəni oktyabr ayına qədər təxirə salmağa məcbur edib. Sammitin yekun bəyanatında bu mövzuya Avropa Şurasının növbəti iclasında qayıdılacağı bildirilib.


Sahil İsgəndərov
AzVision.az
Избранный
8
3
azvision.az

10Источники