RU

Xaçmazda anasını öldürən yeniyetməni buna vadar edən SƏBƏB – Psixoloq sirləri açdı!

Xəbər verdiyimiz kimi, dünən Xaçmaz rayonunda dəhşətli hadisə yaşanıb. 15 yaşlı oğlan anasını telefon üstündə qətlə yetirib. Yeniyetmələrin yaşıdlarına qarşı amansız davranışı zaman-zaman cəmiyyətdə müzakirələrə səbəb olur.

Artıq vəziyyət o həddə çatıb ki, keçid dövründə olan uşaqlar valideynlərinə belə acımırlar. Bəs belə hadisələrin təkrarlanmaması üçün nə etmək lazımdır?

Psixoloq Samirə Bağırova sözügedən hadisəni belə analiz edib: pizza

“Bu hadisə çox kədərlidir və həm də psixoloji baxımdan ciddi təhlil tələb edən hadisədir. Telefonun əlindən alınması çox kiçik hadisə kimi görünə  bilər, amma bu ona güclü şəkildə onurunu kiçildərək və  çox böyük emosional təsir edərək ağrılı bir şəkildə reaksiya verməsinə səbəb olmuş ola bilər. Keçmiş psixoloji zədələr səbəbindən məsələn: antisosiallıq, özünə qapanma, daxili gərginlik, şəxsiyyət pozuntusu, sərhəd şəxsiyyət pozuntusu, güclü narsistik xüsusiyyətlər, valideynin istəyinə görə formalaşmaq, özünü daima azad hiss etməyib, həmişə anasının gücünü hiss etmişsə, bu ona anidən təhqir kimi görünmüş ola bilər və bu, onun daxili dünyasında böyük bir qarşıdurma yaratmış ola bilər”.

S.Bağırova bildirib ki, empatiya və təqdir etmə bacarıqları zəif ola bilər,  bəzən bunun yerinə başqalarına zərər vermək və ya hissləri kəsib özünü rahatlaşdırmaq önə çıxır:

“Qeyd etdiyim kimi sadalamadığım daha çox psixoloji səbəblər misal çəkilə bilər.  Səbəb sadəcə telefon deyil. Valideyn ilə övlad münasibətlərinin  təməldən sağlam qurulmaması və valideynin övladın daxili psixoloji aləmindın xəbərsiz olmasıdır ki, zamanında telefon asılılığını da, ciddiyə ala bilməyib”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
15
39
yenisabah.az

10Источники