RU

İran Prezidenti Azərbaycana təşəkkür etdi

XANKƏNDİ, 4 iyul. TELEQRAF

"Bu tədbirə hazırlağa görə Azərbaycana təşəkkür edirəm".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

İran Prezidenti İsrailin İrana hücumundan bəhs edib:

"ABŞ ordusu tərəfindən dəstəklənən hərəkətlər BMT-nin hüquq normalarını pozdu. Hərbçilər, mülki şəxsləri, universitet müəllimlərini hədəf alaraq maddi itkilərə və tələfata səbəb oldu. BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq lazımi tədbirlər gördük. Atdığımız addımlar bölgədə müharibənin yaranması səbəb oldu. Beynəlxalq ictimaətin və BMT-nin hərəkətsizliyi bu təcavüzü daha da artırdı. Bu Asiyada və qonşu ölkələrdə iqtisadi əlaqələrə ziyan vura bilər. Mən ECO və region ölkələrinə dəstəyə görə təşəkkür edirəm. Biz "ECO Baxışları 2025"in həyata keçirilməsinin son ilindəyik. Və yeni qəbul olunacaq sənədlərdə bir çox məsələlər nəzərə alınmalıdır".

Избранный
4
50
teleqraf.com

10Источники