RU

3 saylı uşaq evindən olan uşaqlar Veb dizaynın əsasları kursundan məzun olublar

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Azərbaycan Məktəbini, Nargis Fondu və RiDS IT & Design Motiv Klubunun birgə əməkdaşlığı çərçivəsində 3 saylı uşaq evindən olan uşaqlar üçün "Veb Dizaynın Əsasları" adlı kurs təşkil edilib.

APA xəbər verir ki, üç gün ərzində keçirilən bu təlim proqramında 17 uşaq iştirak edərək veb dizayn sahəsində yeni biliklər qazanıb və praktiki bacarıqlarını inkişaf etdiriblər.

Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tədbir AAMın direktoru Francesco Banchini, RiDS IT & Design Motiv Klubun təsisçisi və rəhbəri Leyla İsgəndərova və Nargis Fondunun layihə meneceri Nazrin Əliyeva tərəfindən səsləndirilən xoş və ilhamverici çıxışlarla açılıb. Onlar layihənin məqsədləri haqqında məlumat verərək, uşaqları təbrik edib və gənc nəslin təhsilə cəlb edilməsinin vacibliyini vurğulayıblar.

Sunbury Heights şirkətinin təsisçisi və sahibi Mark Smit isə təsirli və emosional çıxış edərək, kimsəsiz böyüməsi, küçələrdə yaşaması və ağır uşaqlıq illərindən bəhs edib. O, uşaqlara özlərinə inanmağı, əzmlə çalışmağı və gələcəklərini qurmaqda təşəbbüskar olmağı tövsiyə edib.

Tədbirdə Financial Chain Corporation şirkətinin baş direktor müavini Valid Hüseynov, BMG International və Women Club nümayəndələri Orxan Məmmədzadə və Fidan İsgəndər, Team4u şirkətinin nümayəndəsi Ayşə Mahamaxanova, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təsiçisi Kifayət Əliyeva, ULU Hospitality şirkətinin CEOsu Ergün Salamov, Mercy Baku restoranının təsisçisi Kamilə Veridyeva, Altun Əmlak Qlobal şirkətinin direkroru Zaur Musayev və Culinary Art Center Azerbaijanın nümayəndəsi Lee Ailin çıxış edərək uşaqları təbrik etdilər və onlara gələcək həyatlarında uğurlar arzu etdilər.

Eyni zamanda, uşaqların nailiyyətlərini qeyd etmək və onları ruhlandırmaq üçün tədbirə qatılan sponsorlar tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

Avropa Azərbaycan Məktəbi, Financial Chain Corporation, BMG International, Team4u, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Culinary Art Center Azerbaijan, Hermes-S Construction şirkətləri tərəfindən verilən hədiyyələr uşaqlara böyük sevinc bəxş edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Bu mənalı layihədə iştirak edib uşaqların sevincinə şərik olan bütün tərəfdaşlara və qonaqlara dərin minnətdarlığımızı bildiririk.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
50
apa.az

10Источники