RU

Elektron bazalarda vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb

Bakı.Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elmvə Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdimetdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsiprosesi həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiməlumat yayıb.

Bu təşəbbüs, dövlət informasiya sistemlərindəki məlumatkirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyininartırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsilməlumatlarının təqdim olunması məqsədini daşıyır. Rəqəmsal İnkişafKonsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq,ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarınındürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı iləgenişmiqyaslı texniki və analitik işlər həyata keçirilir. Növbətimərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələlişəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırdaplanlaşdırma işləri aparılır.

Dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindənsaxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması,qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onlarınetibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsashissəsidir.

İRİA-nın həyata keçirdiyi texniki təhlil nəticəsində ETN və DİMtərəfindən təqdim edilmiş 1,6 milyondan artıq diplom və FİNməlumatı analiz edilib. Diplom məlumatları üzərində həyatakeçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsindəETN-də diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-əçatdırılıb. Eyni zamanda 50,000-dən çox diplom məlumatı işlənməsiüçün DİM-ə təqdim olunub.

Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təminetmək, uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, butədbirlər “mygov” platformasına ötürülən məlumatların düzgünlüyünüdə təmin etməklə vətəndaşlara göstərilən elektron xidmətlərinkeyfiyyətini yüksəltmiş olur. Məlumatların uyğunlaşdırılması vəvahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasındainformasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu dagələcəkdə məlumatların analitik təhlilini, inteqrasiyasını vəqərarların daha məlumatlı şəkildə verilməsini mümkün edəcək.

Bununla yanaşı, “Rəqəmsal Məktəb” layihəsi çərçivəsində caritəhsilalan şagirdlərin valideyn məlumatlarının dürüstləşdirilməsiistiqamətində də işlər görülüb. ETN tərəfindən təqdim olunan387,850 nəfər şagirdə dair məlumatın 88%-i eyniləşdirilib, buməlumatların isə 78%-i yoxlanılması üçün ETN-ə qaytarılıb. Buproses valideyn məlumatları əsasında təhsil sistemindəavtomatlaşdırılmış xidmətlərin qurulması və idarəetməninoptimallaşdırılması məqsədi daşıyır.

Bütün bu tədbirlərlə yanaşı, vətəndaş məmnunluğunu artırmaq vəonlara daha operativ informasiya dəstəyi göstərmək məqsədilə Elm vəTəhsil Nazirliyi üçün süni intellekt əsaslı çatbot hazırlanıb.Hazırda test mərhələsində olan bu sistem magistratura vədoktoranturaya qəbul, müəllimlərin işə qəbulu, məktəbəqədərhazırlıq və Respublika Fənn Olimpiadası kimi mövzularda tez-tezverilən sualları cavablandırmaq imkanına malikdir. Çatbot 24/7rejimində fəaliyyət göstərəcək və rəsmi mənbələrə əsaslananməlumatların vətəndaşlara çatdırılmasını təmin edəcək. Gələcəkmərhələdə çatbotun funksionallığının daha da genişləndirilməsi vədigər sahələr üzrə də vətəndaşlara dəstək göstərməsi nəzərdətutulur.

Избранный
17
50
az.trend.az

10Источники