RU

“Əl-Şəbab”ın baş məşqçisi bəlli oldu

İspaniyalı mütəxəssis İmanol Alquasil Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şəbab”ın yeni baş məşqçisi olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər artıq razılığa gəlib və 53 yaşlı çalışdırıcı yeni mövsümdə komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, “Əl-Şəbab” ötən mövsüm tanınmış türk məşqçi Fatih Terimin rəhbərliyi altında Səudiyyə Pro Liqasında altıncı yeri tutmuşdu.

Alquasil 2011-ci ildən etibarən doğma klubu “Real Sosyedad”da müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə əsas komandanın sükanı arxasına keçən baş məşqçi, 2020-ci ildə klubla İspaniya Kubokunu qazanaraq böyük uğura imza atmışdı. Lakin 2024-cü ilin aprel ayında rəhbərliklə fikir ayrılığı səbəbilə “Real Sosyedad”ı tərk etmişdi.

İmanol Alquasilin xidmətlərində bu yay “Sevilya”, “Bayer Leverkuzen” və “Portu” klublarının da maraqlı olduğu bildirilirdi.

Избранный
2
2
90deqiqe.az

10Источники