RU

Suriyanın yeni gerbi təqdim edildi

Dəməşqdə keçirilən rəsmi mərasimdə hakimiyyət Suriyanın yeni gerbini təqdim edib.

SANA agentliyi xəbər verir ki, qartal yenə də dövlət rəmzinin mərkəzindədir, lakin indi qanadları açılıb, sinəsində qalxan, bayraq yoxdur, başının üstündə üç ulduz parlayır. Gerbin mənasını Suriyanın keçid dövrü üçün prezidenti Əhməd əl-Şara təsvir edib: “Bu quş mahir manevr edə bilən döyüşçüdür, səmada uçur, mahir ovçudur, ailəsinin qoruyucusudur. Rəngi zamana tabe olmayan ən təmiz metal kimidir. Suriya xalqı tarix boyu belə olub, yeni dövrdə də belə olmalıdır, – Əhməd əl-Şaraa deyib.

Qeyd edək ki, əvvəllər gerbdə iki ulduz görünürdü və qartal da caynaqlarında üzərində “Suriya Ərəb Respublikası” yazısı olan qızıl lent tutmuşdu. İndi yırtıcı quşun pəncələri boşdur və caynaqları yanlara yayılır.

//Samir Qurbanov, Editor.az

Избранный
4
10
editor.az

10Источники