ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Zambiyada vəhşi fil 2 qadını tapdalayaraq öldürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Cənubi Luanqva Milli Parkının ərazisində baş verib.
68 yaşlı britaniyalı İston Teylor və 67 yaşlı yeni zelandilalı Elison Teylor turist qrupu ilə gəzintidə olarkən qəfildən filin hücumuna məruz qalıb. Bələdçilər havaya atəş açaraq vəhşini qorxutmağa çalışsalar da, bu, effekt verməyib. Ağır xəsarət alan turistlər yerindəcə canlarını tapşırıblar.
Qeyd edək ki, fillər adətən təhlükə hiss edəndə insanlara hücum edirlər. İndiki halda heyvanın aqressiv hərəkətlərinə səbəb yanında balasının olması imiş.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.