RU

Qəbələdən bir yeni transfer daha

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında da çıxış edib.\

 

Sitat.info

Избранный
32
43
sitat.info

10Источники