RU

ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Prezident İlham Əliyevin çıxışı

Prezident Şavkat Mirziyoyevin çıxışı

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında Azad Ticarət Zonasının yaradılmasına diqqət çəkərək, təşkilatın 17-ci Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirdi və dedi:

Qırğız Respublikasının Prezidenti Sadır Japarov bərpaolunan enerji mənbələri üzrə və rəqəmsal sahədə əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğuladı və iqlim dəyişikliklərinin iqtisadiyyatın şaxələnməsinə təsirindən danışdı. Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirdi:

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini xüsusi vurğuladı:

Tacikistan Prezidenti Emoməli Rəhmon ticarət, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafından danışaraq, geniş və əlaqələndirilmiş işbirliyinin müasir təhdidlərlə mübarizədə səmərəli ola biləcəyini diqqətə çatdırdı. O, Azərbaycanda keçirilən Zirvə görüşünün münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini bildirərək dedi:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək bildirdi:

Qazaxıstanın Baş naziri Oljas Bektenov Zirvə görüşünün Xankəndidə keçirilməsinin Azərbaycanın sülh və inkişafa dəstəyini ifadə etdiyini söylədi:

Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün təşkilinə görə Azərbaycana təşəkkür etdi. O, ölkəsinin ECO üzvləri ilə strateji əlaqələri həyata keçirməkdə maraqlı olduğunu bildirdi:

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının çoxtərəfli əməkdaşlığın inkişafında mühüm platforma olduğunu vurğuladı və tədbirə dəvət üçün Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının uğurla bərpasından və belə mötəbər Zirvə görüşünün tarixi və qədim Azərbaycan şəhəri Xankəndidə təşkil edilməsindən məmnunluğunu bildirdi:

Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu Zirvə görüşünə ev sahibliyi edən Azərbaycana qonaqpərvərliyə görə təşəkkürünü bildirərək dedi:

BMT Baş katibinin müavini, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini xüsusi vurğuladı:

Sonra Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistan Milli Assambleyasının üzvü Seyyidə Ənnah Batul çıxış etdilər.

Sonda çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bir çox ilklərə imza atıIdığını bildirdi və qeyd etdi ki, Azərbaycan həm ECO üçün yeni standartlar müəyyən edir, həm də təşkilat daxilində həmrəyliyi gücləndirir:

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Prezident İlham Əliyevin çıxışı

x x x

Prezident Şavkat Mirziyoyevin çıxışı

X X X

X X X

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayır.

Избранный
9
50
mia.az

10Источники