RU

Müğənnidən maraqlı AÇIQLAMA: “Babam nənəmlə evlənəndə 60 yaşı olub” - VİDEO

Müğənni Nərmin Kərimbəyova ailəsi ilə bağlı maraqlı faktları açıb.

Bizim.Media xəbər verir ki, Nərmin “Sən olsaydın” verilişində nənəsi ilə babasından danışıb.

O bildirib ki, babası 3-cü dəfə 60 yaşında ailə qurub: “Babam nənəmlə 60 yaşında ailə qurub, 3-cü evliliyi olub. Nənəmin 40 yaşı var imiş, babamın 60. Nənəm daha əvvəl evli olub, 3 övladı dünyaya gəlib, həyat yoldaşı müharibəyə gedib. Lakin yeni xanımı ilə qayıdıb, deyib ki, “ikinizi də saxlayacam”. Nənəm deyib ki, “sağ ol, mənə elə lazım deyil”. Bakıya gəlir, oxuyub həkim olur, çox əziyyət çəkir. Gədəbəydən idi. Hər şeyə nail olur, işləyib 3 övladını böyüdür.
 

Nəhayət 40 yaşında babamla tanış olur, babam bəy nəslindəndir, Azərbaycanda Dəmiryol Vağzalının ilk rəisi olub. Babamın birinci xanımı rəhmətə gedib, 4 uşaqla qalıb. İkinci dəfə evləndiriblər, ondan da 2 uşağı dünyaya gəlib. Qadının psixoloji problemləri olur, xəstəxanaya yerləşdirilir, ömrünün sonuna qədər orda yaşayır. Altı övladla 10-15 il tək yaşayır.


Nənəmlə tanış olur, nəticədə atam dünyaya gəlir. Nə yaxşı ki, atama dünyaya gəlib. Nənəm deyir, fikirləşdim ki, Balabəyin övladı olmalıdır. Ömrünün sonuna qədər deyirdi ki, nə yaxşı atanı dünyaya gətirdim”.


Sara, Bizim.Media

Избранный
25
50
bizim.media

10Источники