“Qəbələ” yeni transferini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi İsaaq Amoahla anlaşıb. 24 yaşlı mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası “Atletiko Sanlukenyo” olub.
Qanalı oyunçu karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.