RU

Şəkidə avtomobil qəzası nəticəsində 70 yaşlı sürücü ölüb

İyulun 4-də axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkət edən “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, qəza nəticəsində sürücü, 70 yaşlı Akif Əliyev hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb sürücünün sükan arxasında ürəktutması olub.

Faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.
Избранный
11
42
sherg.az

10Источники