RU

Honkonqda Brüs Li muzeyi qapılarını bağlayır

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Honkonqda məşhur aktyor və döyüş sənətləri ustası Brüs Liyə həsr olunmuş muzey bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı aktyorun rəsmi fan-klubu özünün "Facebook" səhifəsində paylaşıb.

Muzeyin kolleksiyasında 2 minə yaxın eksponat - heykəllər, jurnallar və nadir videolar yer alır.

Muzeyin gəlirləri hələ COVID-19 pandemiyası dövründə azalmağa başlamışdı. Onun yenidən açılıb-açılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, Brüs Li fan-klubu onun ailəsi tərəfindən yaradılıb.

"Qəzəb yumruğu" və "Əjdaha yolu" filmləri ilə tanınan aktyor 1973-cü ilin iyulunda, cəmi 32 yaşında vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
11
oxu.az

10Источники