RU

Azərbaycanda ən az maaşı kim alır?


Azərbaycanda ən az əmək haqqı alanlarla bağlı zaman-zaman fikirlər səsləndirilir. Bəs görəsən, bu gün dövlət büdcəsindən ən az maaş alanlar kimlərdir? Polisləri, müəllimləri, həkimləri bu siyahıya əlavə etmək olarmı?

News24.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, polisləri heç vaxt az maaş alanlar kimi adlandırmaq doğru deyil:

"Dövlət büdcəsindən işçilərə ən az ayrılan maaş məbləği 400 manatdır. Vahid tarif cədvəlinə əsasən 19 dərəcə var. Bu cədvələ uyğun olaraq əmək haqqı alanların birinci dərəcəsində büdcədən ən az maaş alan ixtisas sahibləri daxildir. Bu şəxslərə isə bir çox qurumlarda rast gəlmək olur. Lakin onu da qeyd etmək lazımdır ki, 400 manat maaş alanların böyük əksəriyyəti ali təhsili olmayan şəxslərdir. Yəni, həkim, müəllim, polis kimi peşə sahibləri bu kateqoriyaya daxil deyil.

Ümumi sektor üzrə nəzər saldıqda, kənd təsərrüfatı və əhaliyə sosial xidmət göstərən istiqamətlərdə əmək haqları çox aşağıdır. Düzdür, vəzifələr üzrə onların içərisində də yüksək maaş alanlar var, amma ümumilikdə rəqəmlər aşağıdır".

Qeyd edək ki, millət vəkili Aqil Abbas Milli Məclisdə polislər haqda danışarkən, onların çox zəhmət çəkdiyini və az maaş aldıqlarını vurğulayıb.

Избранный
7
50
news24.az

10Источники