“Qalatasaray” futbolçusu Matias Ross ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ross 2022-ci ildən “Qalatasaray”da çıxış edirdi. O, son olaraq Çexiyanın “Sparta” klubunda icarədə olub.