RU

Şəkidə halı pisləşən sürücü qəza törədərək həyatını itirdi

Axşam saatlarında Şəki rayonunun Aydınbulaq kəndindən şəhər istiqamətində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, nəticədə sürücü, 70 yaşlı Akif Əliyev hadisə yerində ölüb.
 

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sükan arxasında ürəktutması olub.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
4
14
bizim.media

10Источники