RU

5 ölkədə iş günü azaldıldı: Azərbaycanda da ola bilər… – Bir halda 

  1 iyuldan etibarən Polşa dörd günlük iş həftəsini sınaq məqsədilə tətbiq etməyə başlayıb. Pilot layihə çərçivəsində işçilərə iki seçim təqdim olunub: ya həftədə 32 saat olmaqla dörd gün işləmək, ya da beş gün, lakin daha qısa – 35 saatlıq iş qrafiki ilə çalışmaq. Yeni sistem dövlət və özəl sektorda bir sıra müəssisələrdə həyata keçirilir. Bu model hazırda bir çox ölkələrdə müzakirə mövzusudur.

Azərbaycanda belə bir sistemin tətbiqi nə dərəcədə mümkündür? İlk mərhələdə pilot layihə şəklində reallaşdırıla bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, bu cür sistem insanların istirahət imkanlarını artırmağa xidmət edir:

“Lakin bu təşəbbüslər, əsasən, inkişaf etmiş ölkələr üçün daha uyğun görünür. Yüksək səviyyəli iqtisadiyyata malik dövlətlərdə bu cür layihələri dəstəkləmək üçün kifayət qədər resurs var. Azərbaycanda isə hazırda Qarabağda bərpa və quruculuq işləri aparılır, iqtisadiyyat yeni çağırışlarla qarşı-qarşıyadır, strateji hədəflər reallaşdırılır. Bu baxımdan yaxın gələcəkdə belə bir sistemin tətbiqi real deyil”.

Ekspert əlavə edib ki, hazırkı mərhələdə belə bir dəyişiklik iqtisadiyyata mənfi təsir göstərə bilər:

“Belə bir addım bu dövrdə gözlənilən nəticəni verməyə bilər. Əksinə, iqtisadi aktivliyin zəifləməsinə və inkişaf tempinin aşağı düşməsinə gətirib çıxarar. Dörd günlük iş rejiminə keçidin yalnız sabit və dayanıqlı iqtisadi inkişaf təmin edildikdən sonra gündəmə gətirilməsi mümkündür. Yəni yaxın illərdə bu modelin ölkəmizdə tətbiqi real görünmür”.

Qeyd edək ki, 4 günlük iş həftəsi artıq Belçika, BƏƏ, İzlandiya, Yaponiya və Litvada rəsmi olaraq tətbiq olunur. Bu ölkələrdə model ya qanunla təsdiqlənib, ya da geniş şəkildə dövlət sektorunda həyata keçirilməyə başlanıb.


Избранный
10
50
referans.az

10Источники