Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi ( UKHSA ) COVİD-19-un yeni, daha yoluxucu ştammının yayıldığını təsdiqləyib.
Adalet.az xəbər verir ki, XFG.3 və XFG virusları COVİD-19-un 40%-ni təşkil edirdisə, may ayında bu rəqəm təxminən 10%-dir.
Ekspertlər vurğulayıblar ki, hazırda Britaniyada COVİD-19-a yoluxma halları azalır.
XFG ştammı Omicron ştammının nəslindəndir. Tədqiqatçılar xəbərdarlıq etdilər ki, Stratus əvvəlki COVİD-19 variantlarından daha yoluxucu ola bilər, çünki virusun mutasiyaları ona immunitet müdafiəsindən yayınmaq üçün bir yol tapmağa kömək edir./Teleqraf