RU

HƏMAS Qəzzada atəşkəs təklifi ilə bağlı vasitəçilərə "müsbət cavab" verir

Fələstinin HƏMAS qruplaşması Qəzzada İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı vasitəçilərə "müsbət cavabını" çatdırıb və atəşkəslə bağlı danışıqlara hazır olduğunu bəyan edib.

Anadolu agentliyinin xəbərinə görə, HƏMAS yazılı açıqlamada, fələstinli siyasi qruplarla məsləhətləşmələrdən sonra Qəzzada İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı vasitəçilərə "müsbət cavab" çatdırdığını bildirib.

“HƏMAS vasitəçilərin təklifinə müsbət cavab verib və təklifin həyata keçirilməsi üçün dərhal ciddi danışıqlara başlamağa tam hazırdır”, - deyə məlumatda bildirilir.

Təl-Əviv hələ də HƏMAS-ın cavabı ilə bağlı rəsmi açıqlama verməyib.

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl iyulun 5-də axşam saatlarında siyasi və təhlükəsizlik məsələləri üzrə kabinet iclası keçirəcək.

Tramp bildirib ki, İsrail Qəzza zolağında 60 günlük atəşkəs üçün lazım olan şərtləri qəbul edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
11
23
azerbaijan-news.az

10Источники