Honq-Konqda aktyor və döyüş sənətləri ustası Brüs Liyə həsr olunmuş muzey bağlanıb.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, muzeyin bağlanmasına səbəb maliyyə çatışmazlığı olub.
Koronavirus pandemiyası zamanı gəlirləri daha da azalan muzeyin kolleksiyasında 2 minə yaxın eksponat heykəllər, jurnallar və nadir çəkilişlər qorunurdu.
Qeyd edək ki, muzeyin yenidən açılıb-açılmayacağı hələlik məlum deyil.
"Cebheinfo.az"