Siqaret çəkmək beyin fəaliyyətini digər pis vərdişlərdən daha tez pozur.
E-saglam.az xəbər verir ki, bu, 10 il ərzində yaşı 50-dən yuxarı olan 32 min avropalının məlumatlarını təhlil edən London Universitet Kollecinin alimlərinin gəldiyi nəticədir.
Nature Communications-da dərc edilən bir araşdırma , siqaret çəkənlərin zehni qabiliyyətlərinin çəkməyənlərə nisbətən 85% daha sürətli azaldığını aşkar etdi. İştirakçılar yaddaş və şifahi rəvanlıq testlərindən keçdilər və siqaret çəkənlərlə çəkməyənlər arasında fərq əhəmiyyətli idi.
Lakin elm adamları mühüm bir istisna tapdılar: başqa cür sağlam həyat tərzi keçirən siqaret çəkənlər siqaret çəkməyənlər qədər zehni olaraq yavaş qocalır. Daimi idman, orta dərəcədə spirt istehlakı və aktiv ictimai həyat siqaretin zərərini kompensasiya edir.
Tədqiqatın aparıcı müəllifi Michaela Blumberg deyir ki, siqaret sürətlənmiş idrak yaşlanmasında ən kritik amil ola bilər. Ancaq insan hələ də tərgidə bilmirsə, digər sağlam vərdişlər mənfi təsirləri azaltmağa kömək edə bilər.
Tədqiqatçılar vurğulayırlar ki, fiziki fəaliyyət və ictimailəşmə vacib olsa da, qocalıqda zehni aydınlığı qorumaq üçün siqaretdən imtina etmək ən təsirli üsul olaraq qalır.
Tərcümə: Könül Oruc
E-saglam.az