RU

İcbari tibbi sığorta üzrə daxilolmalar 12 faizə yaxın artıb - 6 ayda 544 milyon manat yığılıb

 2025-ci ilin yanvar–iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub.

Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2 milyard 47,3 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 111,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 faiz artaraq 83,3 milyon manata yaxın təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 544 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 faiz artaraq376,3 milyon manatdan çox təşkil edib.

Избранный
14
50
marja.az

10Источники