RU

İtaliya klubu PSJ-nin futbolçusunu heyətinə qatmaq istəyir

Fransanın PSJ klubunun futbolçusu Li Kan İn karyerasını İtaliyada davam etdirə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Napoli" 24 yaşlı vingeri heyətinə qatmaq istəyir.

Hazırkı ölkə çempionu cənubi koreyalı oyunçu üçün ilkin danışıqlara da başlayıb. Paris təmsilçisi bu keçiddən 30 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Li Kan İn 2024/2025 mövsümündə PSJ-də 51 matçda (2554 dəqiqə) 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
23
14
report.az

10Источники