RU

Pezeşkianın Xankəndi səfərinə kimlər mane olmaq istəyib? ŞƏRH

ain.az, Tribuna saytına istinadən bildirir.

Xankəndidə keçirilən tarixi İqtisadi Əməkdaşlıq Şurasının (İƏT) 17-ci iclasında iştirak edək İran prezidenti Məsud Pezeşkian ölkəsinə geri döndükdən sonra maraqlı açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, o, X sosial şəbəkəsində bu səfərdən razı qaldığını deməklə yanaşı, həm də həmin səfərə mane olmaq istəyənlərin olduğunu da vurğulayıb.

Pezeşkian yazıb: “Mənə deyirdilər ki, sənin Azərbaycana səfərin təhlükələrlə müşahidə oluna bilər. Amma gördüyünüz kimi, problemsiz gedib, problemsiz də qayıtdım. Azərbaycan Prezidenti ilə söhbətimiz dostluq şəraitində keçdi. Türkiyə Prezidenti ilə də çox yaxşı və konstruktiv dialoqumuz oldu. Pakistanın Baş naziri ilə iki ölkə arasındakı əlaqələri müzakirə etdik”.

Bu açıqlamanı Tribunainfo.az üçün şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, Pezeşkianın sözlərində qəribə heç nə yoxdur. “Uzun illərdir İran siyasi dairələrində anti-Azərbaycan qrupları fəaliyyət göstərir. Bu qruplar SEPAH, BƏSİC və hətta dini cameənin, akademik qrupların arasında da mövcuddur. Onların məqsədi nəyin bahasına olursa, olsun Azərbaycanla ddüşmən münasibət formalaşdırmaq, Güneydə yaşayan Azərbaycan türkləri ilə Azərbaycan Respublikası vətəndaşları arasında nifaq salmaqddır”.

Ekspert vurğulayıb ki, 12 günlük müharibədən sonra ortaya atılmış əsassız ittihamların da qaynağı həmin şəbəkədir. “Onlar əllərinə fürsət düşmüşkən məlum tezisləri ortaya atdılar. Həıdəfləri Güneydə yaşayan soydaşlarımızda bizim haqqımızda “düşmən” obrazı yaratmaq idi. Lakin bu planları alınmadı. Çünki Güneydəki soydaşlarımız hər şeyi görür və bilirdilər. Bunu sosial şəbəkələrdə gedən müzakirələrdən də aydın görmək olar. Diqqət etsəniz, orada bu təxribata layiqincə cavab veriblər. Yəni, bu dəfə də arzularını üərklərində qoymuşuq”.

Fəraməzoğlu onu da qeyd edib ki, həmin şəbəkə İran prezidentinin Azərbaycana səfər etməsinə mane olmağa çalışa bilərdi. “Onlar yaxşı bilirlər ki, iki ölkə arasında ən yüksək səviyyədə təmasların davam etməsi münasibətlərdəki neqativ yanaşmaların aradan qalxmasına gətirib çıxaracaq. Bu onların işinə yaramır. Ona görə də, Pezeşkiana Xankəndiyə səfər etməməsi üçün təsir etməyə cəhd göstəriblər. Elə Pezeşkianın açıqlaması həmin qruplaşmalara ən yaxşı cavabdır”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
50
tribunainfo.az

10Источники