RU

Şiştəpə kəndində qaz olmayacaq

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İyulun 7-də saat 10:00-dan etibarən Şəmkir rayonunun Şiştəpə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Salahova Adilə Səməd qızına məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən diametri 108 mm və 76 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər Zəyəm AQPS-dən qidalanan kənddə təxminən 1 300 abonentin qazı kəsiləcək.

Qaz İstismarı İdarəsi abonentlərə müvəqqəti narahatlığa görə üzr istəyib və ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
50
axar.az

10Источники