RU

Avropa Liqasının dördqat qalibi karyerasını başa vurdu

İspaniyalı yarımmüdafiəçi Visente İborra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Bu barədə o, "Instagram" hesabında paylaşım edib.

"Levante" akademiyasının yetirməsi olan İborra karyerasının son mövsümünü də məhz doğma klubunda keçirib və komandası ilə birlikdə La Liqaya yüksəlib.

2024/25 mövsümündə dayaq yarımmüdafiəçisi kimi 26 oyunda iştirak edib və 1 qol vurub. Karyerası ərzində "Sevilya", "Vilyarreal", "Lester" və "Olimpiakos" klublarının da formasını geyinib. İborra "Sevilya"nın heyətində dörd dəfə Avropa Liqasının qalibi olub.

Избранный
10
24
publika.az

10Источники