RU

Küçələrə məşhur idmançıların adı verilib

Urugvayın Argentina ilə sərhəddə yerləşən 115 min nəfər əhalisi olan Salto şəhərində iki küçəyə Luis Suares və Edison Kavaninin adları verilib.

İdman.biz xəbər verir ki, hər iki məşhur futbolçu məhz bu şəhərdə doğulublar.

"El Pais" nəşrinin məlumatına görə, küçələrə yalnız Suares və Kavaninin deyil, yerli idmanın digər əfsanələri - futbolçu Pedro Virgilio Rocha, basketbolçular Omar “Chumbo” Arrestia və Nicolas Mazzarino, çapar Irineo Leguisamo və futbol məşqçisi Anibal “Mano” Ruizin də adı verilib.

Tədbir zamanı Urugvayın Olimpiya bayraqdarı, keçmiş atlet Monica Falcioninin iştirakı ilə “Çempionlar torpağı” adlı yeni bir meydan da açılıb. Eyni zamanda Salto Beynəlxalq Hava Limanına Edison Kavaninin adının verilməsi təklifi də irəli sürülüb.

İdman.biz

Избранный
23
41
idman.biz

10Источники