RU

Milli Aviasiya Akademiyasında (MAA) 2024-2025-ci tədris ilində bakalavr və magistratura səviyyələrində təhsillərini başa vurmuş tələbələr üçün “Məzun günü” keçirilib (FOTO)

Bakı. Trend:

Milli Aviasiya Akademiyasında (MAA) 2024-2025-ci tədris ilindəbakalavr və magistratura səviyyələrində təhsillərini başa vurmuştələbələr üçün “Məzun günü” keçirilib.

Tədbirdə Akademiyanın professor və müəllim heyəti ilə yanaşıdövlət və ictimai xadimlər iştirak ediblər. Əvvəlcə Vətən uğrundacanlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib,daha sonra Dövlət Himnimiz səsləndirilib.

Akademiyanın Birinci prorektoru, professor Ədalət SəmədovMAA-nın rektoru, akademik Arif Paşayevin təbriklərini məzunlaraçatdırıb. Qeyd edib ki, MAA-da yaradılan şərait tələbələrinelmi-təcrübi biliklər qazanmasında mühüm rol oynayır. Elm və TəhsilNazirinin müavini Firudin Qurbanov isə təhsil sahəsindəkiislahatlardan, o cümlədən Akademiyanın Azərbaycan təhsilinə,aviasiya elminə verdiyi töhfələrdən danışıb.

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun başdirektoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov gənclər siyasətindətəhsilin xüsusi rolunu vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıbki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycandayaranmış sabitlik və iqtisadi yüksəliş, təhsil sektorununinkişafına da öz təsirini göstərir.

MAA-nın məzunu olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsininsədri Anar Quliyev təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb.Bildirib ki, burada əldə etdiyi mükəmməl təhsil onun əməkfəaliyyətində də uğurlara yol açıb.

Rektor köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentGülnarə Əhmədova məzunlara karyeralarında və əmək fəaliyyətindəuğurlar arzulayıb. Daha sonra yüksək akademik nəticələr əldə etmişməzun və tələbələrə fərqlənmə diplomları və sertifikatlar təqdimedilib. Qeyd edək ki, 2024-2025-ci tədris ilində MAA-nı 451bakalavr, 53 magistr olmaqla ümumilikdə 504 məzun bitirib. Tədbirkonsert proqramı ilə davam edib.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Избранный
25
50
az.trend.az

10Источники