Türkiyənin İstanbul şəhərində 3.8 maqnitudalı zəlzələ baş verib.
Day.Az-ın məlumatına görə, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mərmərə dənizində, İstanbulun Silivri rayonu akvatoriyasında yerləşib.
Təbii fəlakətin ocağı 8 km dərinlikdə olub.
Məlumata görə, zəlzələ hiss olunub.