RU

Boksçumuz yarımfinalda məğlub olub

Azərbaycanın daha bir boksçusu Məhəmmədəli Qasımzadə (60 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokununun yarımfinal mərhələsində məğlub olub.

İdmanxeber.az xəbər verir ki, idmançımız braziliyalı Luis Qabriel du Nasimentoya uduzduğu üçün bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Sübhan Mamedov (50 kq) da yarımfinalda uduzaraq bürünc mükafat əldə edib. 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.

Избранный
6
10
idmanxeber.az

10Источники