Solo Gənclik” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək
"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Solo Gənclik" layihəsi davam edir. "İRƏLİ" İctimai Birliyinin həyata keçirdiyi "Solo Gənclik" layihəsi çərçivəsində növbəti konsert13 iyul Niyazinin ev-muzeyində vokal ifaçısı KənanQasımzadənin çıxışı ilə baş tutacaq.Layihə gənclərin mədəni həyatda iştirakını artırmaq, musiqi mədəniyyətini inkişaf etdirmək və istedadlı gənclərin yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi daşıyır. Kənan Qasımzadə Azərbaycan Mədəniyyət və İncəsənət universitetində pop jazz ixtisası üzrə təhsil alır. Çoxsaylı Respublika müsabiqələrində iştirak edərək öz ifaçılıq bacarığını sübut etmişdir. Pop-jazz sənətini ustalıqla icra etməklə yanaşı, Azərbaycan xalq musiqisinin ənənəvi nümunələrini də yüksək peşəkarlıqla ifa edir və onları geniş auditoriyaya sevdirir. İradə Sarıyeva