"Kəpəz" daha bir futbolçu ilə güclənib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı Pedro Qomes Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomes ilə iki illik müqavilə imzalanıb.
22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.