RU

"Səs Azərbaycan"ın iştirakçısı öldürülüb

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Feysbuk hesabında yazıb.

"Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.

 

Sitat.info

Избранный
20
50
sitat.info

10Источники