RU

"Zirə" Türkiyəyə yollandı

"Zirə" təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyənin Bolu şəhərinə gedib.

"Football-plus.az" xəbər verir ki, iyunun 14-də çalışmalara start verən "qartallar" bu günə qədər Bakıda olub. Bu müddət ərzində komanda bir yoxlama oyunu keçirib. "Qarabağ"la qarşılaşan komanda uduzub - 0:4.

5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumat veriləcək.

Избранный
21
21
football-plus.az

10Источники