RU

Bazar günü hava necə olacaq? -PROQNOZ

İyulun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. 

 

Havanın temperaturu gecə 19-22°, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-22°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Избранный
17
50
senzor.az

10Источники