RU

Əksər ruslara görə, süni intellekt insan əməyini əvəz etməyəcək

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

...Rusların təxminən 32 faizi süni intellektin inkişafının maşın üsyanına səbəb ola biləcəyinə inanır.

SİA-xəbər verir ki, bu məlumatlar Telegram kanalı 360.ru və Anketolog onlayn sorğu xidmətinin birgə araşdırmasında təqdim olunub.

Bununla belə, narahatlıqlara baxmayaraq, sorğu iştirakçılarının əksəriyyəti neyron şəbəkələrin tamamilə bloklanması ideyasını dəstəkləmir.

Respondentlərin yarıdan çoxu yeni texnologiyalara inandığını bildirib.

Qeyd edək ki, tədqiqat iştirakçılarının üçdə ikisi süni intellektdən istifadənin faydalarının onun həyata keçirilməsi ilə bağlı potensial risklərdən üstün olduğuna inanır. Respondentlərin 71faizi hesab edir ki, neyron şəbəkələri tam dövlət nəzarətində olmalıdır.

Eyni zamanda, tədqiqat iştirakçılarının əksəriyyəti süni intellektin gündəlik tapşırıqların avtomatlaşdırılmasına verdiyi töhfəni yüksək qiymətləndirib, lakin əksəriyyət süni intellektin insan əməyini tam əvəz edə bilməyəcəyinə və inkişafda ona bərabər ola bilməyəcəyinə əmindir.

Bundan əlavə, respondentlərin 28 faizi texnologiyaların aktiv inkişafı ilə əlaqədar insanların unikallığının və əhəmiyyətinin itirilməsindən narahat olduqlarını bildiriblər.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
44
sia.az

10Источники