RU

"Real" bu futbolçuya görə 100 milyon avro ödəməyə hazırdır

PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını Fransız çempionatından İspaniyanın La Liqasına daşıya bilər.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçu ilə Madrid "Real"ı ciddi maraqlanır. Yeni baş məşqçi Xabi Alonso portuqaliyalını Luka Modriçin əvəzedicisi kimi görür.

"Real" Vitinyaya görə yarımmüdafiəçi Eduardo Kamavingu və 100 milyon avro təklif etməyə hazırdır.

PSJ isə komandanın aparıcı oyunçularından olan Vitinyanı buraxmaq niyyətində deyil. Portuqaliya millisinin üzvü ilə klubu arasında müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
6
47
90deqiqe.az

10Источники