RU

Vergi ödəyicilərinin sayı 4,8 faiz artıb

Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, 2025-ci il iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 630 min 743 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz çoxalıb.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb. İyul ayının 1-nə qeydə alınan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 8,1 faiz artaraq 197 min 38 vahid olub.

Məlumata görə, cari ilin ilk yarısında 88,9 faizi yerli investisiyalı, 11,1 faizi isə xarici investisiyalı olmaqla 6814 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 85,3 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,6 faizə yüksəlib.

 

Избранный
29
19
xalqqazeti.az

10Источники