RU

"Milan" Asensio üçün PSJ ilə danışıqlara başlayıb

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio İtaliya çempionatında karyerasını davam etdirə bilər.

90deqiqe.Az-ın “Lequipe”yə istinadən yaydığı xəbərə görə,  29 yaşlı futbolçunun xidmətində "Milan" klubu maraqlıdır və tərəflər onun keçidi ilə bağlı danışıqlara başlayıblar.

Parisdə Asensio oyun praktikası baxımından məhdud imkanlara malikdir, "rossoneri"də isə onun oyun vaxtı daha çox olacaq.

Ötən mövsümdə ispaniyalı bütün yarışlarda 37 oyuna çıxaraq 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir, bazar dəyəri isə 20 milyon avro təşkil edir.

Избранный
32
31
90deqiqe.az

10Источники