RU

HƏMAS ABŞ-ın təklif etdiyi atəşkəslə bağlı sorğu göndərdi

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın təklif etdiyi İsraillə atəşkəs sazişinə dəyişiklik etmək üçün sorğu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

HƏMAS nizamlamanın üç əsas aspekti ilə bağlı düzəlişlər təklif edib:

“Bu razılaşma atəşkəs dövründə Qəzza zolağına humanitar yardımın çatdırılmasını, İsrail qüvvələrinin bölgədəki mövqelərdən müəyyən məsafədə geri çəkilməsini və razılaşmanın bölgədəki münaqişəyə son qoyacağına dair təminatları əhatə edir”.

Təklif olunan düzəlişlərin təfərrüatı açıqlanmayıb. ABŞ və İsrail nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər./axar.az

Избранный
16
16
bakivaxti.az

10Источники