Kürdəmirdə qatar 44 yaşlı kişini vuraraq öldürüb.
Hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Heydərov Vüsal Çovğun oğlu dəmir yolundan keçərkən onu yük qatarı vurub. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.
"Report"