RU

Rusiyanın bəzi hava limanları dayanıb:YÜZLƏRLƏ AVİAREYS YA GECİKİR, YA DA LƏĞV OLUNUB

Moskvanın hava limanlarında, həmçinin Rusiyanın Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərində uçuşlar ləğv olunur və ya gecikir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Rosaviasiya” bunu “Moskva hava məkanının bəzi sektorlarında məhdudiyyətlər və güclü küləklər”lə izah edib. Əslində ehtiyat tədbirləri Ukrayna pilotsuz təyyarələrinin hücumları ilə bağlı xəbərlər fonunda görülüb.

 

Qeyd olunur ki, təkcə Moskva və Sankt-Peterburqda 100-ə yaxın reys təxirə salınıb, bir neçə yüz uçuşun vaxtı dəyişdirilib. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.

 

Məlumata görə, ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur, burada 170-dən çox reys gecikir, 50-yə yaxın reys təxirə salınıb. "İndi orada izdiham var: gələn sərnişinlər hələ hava limanını tərk etməyənlərə qarışıb. Hətta kafe və biznes salonlarında belə boş yerlər qalmayıb", - deyə "Baza Teleqram" kanalının paylaşımında qeyd olunur.

 

Bildirilir ki, Pulkovoda 30-dan çox reys təxirə salınıb. Cəmi bir neçə dəqiqə əvvəl hava limanı daha bir dron hücumu təhlükəsi ilə əlaqədar fəaliyyəti dayandırıldıqdan sonra açılıb. Bu səbəbdən hələ də Şeremetyevodan Pulkovoya uça bilən təyyarələrdən biri yenidən Moskvaya qayıdır.

 

Məlumata görə, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdə də gecikmələr var, bəzi reyslər isə ləğv olunub.

Избранный
20
26
senzor.az

10Источники