RU

Almaniya kansleri Merts: “Rusiya artıq bizə hücum edir, Almaniya müdafiə olunmalıdır”

 

Almaniya kansleri Fridrix Merts Rusiyanın artıq faktiki olaraq Almaniyaya hücum etdiyini bəyan edib. Musavat.com xəbər verir ki, kanslerin sözlərinə görə, Moskva hazırda “sistemli şəkildə Berlini hücuma məruz qoyur”. O bildirib ki, bu, təkcə siyasi və diplomatik təzyiqlərlə məhdudlaşmır, həm də sabotaj aktları, kiberhücumlar, yanğın törətmələri və müxtəlif diversiyalar şəklində özünü göstərir.

Merts bu hərəkətləri artıq açıq şəkildə “hibrid müharibə” kimi səciyyələndirib və Almaniyanın öz təhlükəsizliyini daha ciddi qorumağa hazırlaşmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl kansler Merts Almaniyanın Ukrayna ilə Taurus raketlərinin tətbiqi üzrə təlim mövzusunu müzakirə etdiyini açıqlamışdı. O, bu raketlərin Kiyevə ötürülməsinin Almaniyanı birbaşa müharibə tərəfi etmədiyini də əlavə etmişdi.

Siyasi müşahidəçilərin fikrincə, bu cür bəyanatlar Berlinin ictimai rəyini mərhələli şəkildə Taurus raketlərinin Ukraynaya verilməsinə hazırlamaq məqsədi daşıyır. Beləliklə, Almaniya rəsmiləri həm ölkə daxilində, həm də NATO çərçivəsində mövqelərini möhkəmləndirməyə çalışırlar.

Musavat.com

Избранный
5
21
musavat.com

10Источники