
Sahibkar və milyarder İlon Mask özünün X (keçmiş Twitter) platformasındakı sorğunun nəticələrinə əsasən "Amerika" adlı yeni siyasi partiyanın yaradıldığını elan edib.“2-yə 1 üstünlüklə siz yeni siyasi partiya istədiniz — və onu alacaqsınız. Ölkəmiz həddindən artıq xərclər və rüşvətxorluq səbəbilə iflasa sürüklənərkən, əslində biz artıq çoxpartiyalı demokratiyada yox, birpartiyalı sistemdə yaşayırıq. Bu gün ‘Amerika’ partiyası sizin azadlığınızı qaytarmaq üçün quruldu,” – deyə o, X sosial şəbəkəsində qeyd edib.Qeyd edək ki, sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib. Onların 65,4%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.Ulusum.az
Diqqət Çəkənlər
Zərif görünən təhlükə: Qaranlıq empat kimdir və sizi necə ələ keçirir?
İtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib
Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"