RU

Türkiyədə Antalya, Adana və Adıyamanın bələdiyyə başçıları saxlanıldı

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek, Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere saxlanılıb.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Antalya Respublika Baş Prokurorluğu tərəfindən başladılan “korrupsiya” istintaqı çərçivəsində Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek də daxil olmaqla daha üç şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Digər tərəfən, “korrupsiya” istintaqı çərçivəsində həbs qərarı çıxarılan Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutderenin saxlanılmasından sonra polis Adana və Adıyaman bələdiyyə binalarında axtarışlar aparıb.

Polis tərəfindən binaların qarşısında və ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
13
yeniavaz.com

10Источники